“Qarabağ” mövsümün ikinci dövrəsinə hazırlığın növbəti mərhələsi üçün Türkiyəyə yollanıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanov və komandası Antalyaya yola düşüb.
“Qarabağ” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da məskunlaşacaq.
Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.
Saşa İliç: “Yoldaşlıq oyunlarında nəticə önəmli deyil”
"Neftçi" "Kayrat"a qalib gəlib - YENİLƏNİB
"Sumqayıt" Macarıstan klubuna böyük hesabla məğlub olub
AFFA üç klubun apellyasiya şikayətini təmin edib
“Ayın qolu” layihəsinin qalibləri bəlli olub