Bakı. Trend:
Qaradağ rayonunda yerləşən ticarət mərkəzi və marketlərinbirindən oğurluqlar edilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçiriləntədbirlərlə əməli törətməkdə şübhəli bilinən 27 yaşlı F.Rəsulov,A.Səfərov və 43 yaşlı A.Tağıyev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar aparılır.