AZ

Azərbaycanlı iş adamının klubundan ayrılan baş məşqçi Super Liqadan təklif aldı

BAKI, 10 yanvar. TELEQRAF

Son olaraq Azərbaycanlı iş adamı Tufan Sadıqovun sahibi olduğu “Serikspor”dan ayrılan Sergey Yuran karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Teleqraf xəbər verir ki, 56 yaşlı mütəxəssis bu barədə “Championat” nəşrinə açıqlamasında danışıb.

Yuran bildirib ki, hazırda Türkiyə Super Liqası və Birinci Liqadan bir klubla danışıqlar aparır.

Qeyd edək ki, Sergey Yuran ötən ilin oktyabrında “Serikspor”dan ayrılıb

Seçilən
58
teleqraf.com

1Mənbələr