AZ

Heç bir tərəfin başqalarının daxili məsələlərinə müdaxilə etmək haqqı yoxdur - Əraqçi

Bakı. Trend:

Heç bir tərəfin başqalarının daxili məsələlərinə müdaxilə etməkhaqqı yoxdur.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçibu gün Tehranda Oman xarici işlər naziri Bədr Əlbusəidi ilə birgəmətbuat konfransında deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquqda əsas prinsip ölkələrinmüstəqil hakimiyyətidir.

Əraqçi bildirib ki, İran həmişə region ölkələri iləmünasibətlərini inkişaf etdirməyə hazır olub:

"İran Oman Krallığını ölkələr arasında vasitəçilik məqsədlikonstruktiv rolunu alqışlayır. Xüsusilə son müzakirələrdəki rolunuqeyd etmək lazımdır. Təəssüf ki, bu müzakirələr müharibə ilənəticələndi".

Əraqçi deyib ki, İran Omanla ikitərəfli münasibətlərə önəmverir. Bu istiqamətdə tezliklə Tehranda iki ölkənin birgə iqtisadikomissiyasının iclası keçiriləcək.

Oman xarici işlər naziri Bədr Əlbusəidi isə deyib ki, İran vəOman arasında müsbət münasibətlər mövcuddur və bu münasibətlərindaha da möhkəmlənəcəyinə ümid edilir. Onun sözlərinə görə,əməkdaşlıq üçün bütün region ölkələrinin iştirakı önəmlidir.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Seçilən
79
az.trend.az

1Mənbələr