"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays 6 ay müddətinə sürücülük hüququndan məhrum olunub.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb 26 yaşlı futbolçunun bir həftə ərzində eyni yolda iki dəfə sürət həddini aşmasıdır.
O, yanvarın 3-də Londonun şimalındakı malikanəsinin yaxınlığında, saatda 48 km sürət məhdudiyyəti olan zonada "Land Rover" markalı avtomobilini 60 km/saat sürətlə idarə edib.
Yanvarın 8-də isə eyni ərazidə sürət həddi 64 km/saat olan yolda 79 km/saat sürətlə hərəkət edərkən saxlanılıb.
Məhkəmənin qərarı ilə futbolçu sürücülük hüququndan məhrum edilməklə yanaşı, 2185 funt-sterlinq (təxminən 4980 manat) məbləğində cərimələnib.