AZ

İsrail XİN rəhbəri Bakıya gələcək

İsrail XİN rəhbəri Bakıya gələcək

İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Azərbaycana səfər edəcək.

Bu barədə Azərbaycan-İsrail Alyansı AIA Global məlumat verib.

Səfər proqramında bir sıra görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə danışıqlar planlaşdırılıb.

Məlumata görə, Bakıdan sonra Gideon Saar Qazaxıstana gedəcək.

Qeyd edək ki, ötən il noyabr ayında İsrail xarici işlər naziri Gideon Saar Azərbaycana səfər etmək niyyətində olduğunu açıqlayıb.

Seçilən
65
16
afn.az

10Mənbələr