Bakı. Trend:
Türkiyənin İzmir vilayətinin Dikili rayonu sahillərindəmiqrantları daşıyan rezin qayıq batıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, hadisə barədə Türkiyənin daxiliişlər naziri Ali Yerlikaya sosial şəbəkədə paylayım edib.
Nazirin sözlərinə görə, hadisə Dikilinin Bademli ərazisində başverib. Qayıqda olan 45 nəfərdən 37-si Sahil Mühafizə Xidmətininəməkdaşları tərəfindən xilas edilib, bir nəfərin isə cansız bədənisudan çıxarılıb.
Faciə bölgəsinə dərhal bir sahil mühafizəsi helikopteri və ikixilasedici qayıq cəlb olunub. Hazırda itkin düşdüyü ehtimal edilən7 miqrantın tapılması istiqamətində axtarış-xilasetmə tədbirləridavam etdirilir.