“Mançester Siti”nin hücumçusu Erlinq Haaland 2025-ci ildə Norveçin ən yaxşı futbolçusu seçilib.
Publika.az xəbər verir ki, Erlinq 6-cı dəfə dalbadal bu mükafatı alıb. Ondan əvvəl Norveçdə ilin futbolçusu seçilən sonuncu oyunçu 2019-cu ildə Martin Edeqor olub.
2025-ci ildə Haaland ” Siti”də 49 oyun keçirib, 42 qol vurub və 8 məhsuldar ötürmə edib. O, həmçinin milli komandada 10 oyunda 17 qol vurub və 2 məhsuldar ötürmə edib.