AZ

Klub rəhbərliyi iki futbolçu “hədiyyə etmək” istəyir - Yeni baş məşqçiyə

“Çelsi” yeni baş məşqçi Liam Rozenyoru yanvar transfer pəncərəsində tam dəstəkləməyə hazırdır.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, London klubu “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes və “Milan”ın hücumçusu Rafael Leao üçün hərəkətə keçməyi planlaşdırır.

“Çelsi” cari mövsümdə Premyer Liqada 21 turdan sonra 31 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Rozenyorun komandası növbəti turda, yanvarın 17-də “Brentford”u qəbul edəcək.

“Çelsi” Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

Seçilən
52
sportinfo.az

1Mənbələr