AZ

Türkiyə sərhəddə təhlükəsizlik tədbirlərini artırdı

Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirib ki, Ankara ölkəyə terrorçuların gizli şəkildə sızmalarının qarşısını almaq və mülki miqrasiyanın mənfi təsirlərini minimuma endirmək üçün bu addımı atıb.

Qeyd edək ki, bir neçə gündür Suriyada hakimiyyətə bağlı ordu Suriya Demokratik Qüvvələrini (SDQ) ölkədən təmizləmək üçün əməliyyatlara başlayıb. Son məlumata görə, Hələb artıq SDQ-dən tamamilə təmizlənib. 

Seçilən
37
1
sitat.info

2Mənbələr