AZ

Fransada qasırğa səbəbindən 92 min ev işıqsızdır

Bakı. Trend:

Fransada 8–9 yanvar tarixlərində başlayan Qoretti fırtınasısəbəbindən on minlərlə evdə elektrik enerjisinin verilməsindəproblemlər hələ də qalmaqdadır.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Fransanın elektrik şəbəkəsininistismarı və texniki xidmətinə cavabdeh olan Enedis qurumununaçıqlamasına görə, fırtına səbəbilə elektrik enerjisi kəsilən 380min evin dörddə üçündən çoxunda problem artıq aradanqaldırılıb.

Hazırda Manş, Kalvados, Sen-Maritim, Evr və Orndepartamentlərində ümumilikdə 92 min evdə elektrik enerjisininverilməsi hələ də bərpa olunmayıb. Enedis-in əməkdaşları elektriktəchizatının bütün abonentlər üçün tam şəkildə bərpasıistiqamətində işlərini davam etdirir.

Qeyd edək ki, Fransada 8 yanvar gecəsi küləyin sürəti saatdatəxminən 200 kilometrə çatıb, ölkənin şimalında yerləşən Normandiyabölgəsinin Qattevil kəndində isə küləyin sürəti 213 kilometr/saatolaraq qeydə alınıb.

Məqalədə:
Seçilən
67
1
az.trend.az

2Mənbələr