AZ

Bu gənclər diplomlarını tanıtmaq üçün rezidentura oxumalıdır?

ain.az bildirir, Axar.az portalına istinadən.

Xaricdə tibb təhsili almış azərbaycanlı gənclərin ölkə daxilində peşə fəaliyyətinə başlaması üçün bir sıra hüquqi və inzibati mərhələlər mövcuddur. Bu proses təkcə diplomun tanınması ilə yekunlaşmır. Belə ki, xarici ali təhsil müəssisəsini bitirmiş gənclər ilk növbədə diplomlarını Elm və Təhsil Nazirliyində tanıtdırmalı, daha sonra isə tibb müəssisələrində çalışmaq üçün Səhiyyə Nazirliyinin müvafiq rəyini əldə etməlidirlər.

Maraqlıdır, bəs görəsən, xaricdə tibb təhsili almış və diplomu rəsmi qaydada tanınmış gəncin Azərbaycanda həkim kimi fəaliyyət göstərməsi üçün rezidentura təhsili keçməsi zəruridirmi?

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.az-a açıqlama verən əhsil eksperti Ramin Nurəliyev rezidentura təhsilinin olub-olmamasının o qədər də vacib əhəmiyyət daşımadığını bildirib.

"Tibb ixtisası üzrə təhsil almış gəncin diplomunun tanınması üçün Səhiyyə Nazirliyinə müraciət etməsi tələb olunur. Nazirlik tərəfindən həmin şəxsin tibbi bilik və səriştələri qiymətləndirilir və bu yoxlamanın nəticəsinə əsasən müvafiq rəy verilir. Məhz bu rəy əsasında diplomun tanınması prosesi həyata keçirilir. Tibb sahəsində təhsil pillələri bakalavr mərhələsindən sonra magistratura, müalicə işi ixtisası üzrə rezidentura ilə davam edir. Lakin rezidentura təhsilinin olub-olmamasının diplomun tanınması proseduru ilə heç bir əlaqəsi yoxdur və bu prosesə hər hansı təsir göstərmir", - ekspert əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
1
axar.az

2Mənbələr