AZ

"Neftçi" rəsmisi klubun televiziyasının bağlanmasının səbəbini açıqladı

Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli klubun TV kanalının lisenziyasının ləğv olunmasına münasibət bildirib.

Əfsərlinin Fanat.Az-açıqlamasını təqdim edirik:

"Lisenziyanın ləğvi üçün özümüz müraciət etmişik. Çünki gündəlik 6 saat canlı yayım verməliydik. Amma 6 saat nəyi canlı yayımlayaq? Köhnə videoları təkrar-təkrar verməyin nə əhəmiyyəti var ki? Cərimə oluna bilərdik. Bu səbəbdən özümüz belə istədik. Təbii ki, lazım olanda yenidən müraciət edib lisenziya ala bilərik".

Nihat

Seçilən
17
1
fanat.az

2Mənbələr