Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ağstafada musiqi məktəbində söyüş söyən kişi həbs olunub.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən Hüseyn Arif adına musiqi məktəbində qeydə alınıb.
Arvadı ilə rəsmi qaydada boşanan Poylu kənd sakini 46 yaşlı Rüstəm Nəcəfov (ad və soyad şərtidir) sərxoş halda adı çəkilən məktəbə gedib. O, burada müəllimə işləyən keçmiş arvadını taparaq barışmaq istəyib. Lakin qadının cavabı onun xoşuna gəlməyib. Nəticədə Rüstəm əsəbiləşərək, ucadan nalayiq ifadələr işlədib.
Bu əməlinə görə, o saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.
Ağstafa rayon Məhkəməsinin qərarı ilə Rüstəm Nəcəfov barəsində 7 gün müddətinə inzibati həbs cəzası təyin edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.