Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə bəzi ərazilərdə gözlənilən güclü külək bağlı əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Bu barədə Publika.az nazirliyin rəsmi saytına istinadən xəbər verir.
Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.