AZ

Ukrayna: Rusiya İsgəndər-M ballistik raketləri və 121 dronla hücuma keçdi

Rusiya ordusunun 121 pilotsuz uçuş aparatı (PUA) və bir İskəndər-M ballistik raketindən istifadə edərək Ukraynaya hücum etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yazılı açıqlamasında Rusiyanın gecə ərzində Ukraynanın müxtəlif bölgələrinə hava hücumları həyata keçirdiyi bildirilib.

Hücumda 121 drondan istifadə edildiyi və bir İsgəndər-M ballistik raketinin atıldığı bildirilib.
Bəyanatda hava hücumundan müdafiə qüvvələri tərəfindən 94 dron zərərsizləşdirildiyi və raketlərin və digər dronların ölkə daxilində 15 yerə zərbə endirdiyi bildirilir.

Ukraynanın müxtəlif bölgələrini hədəf alan dron və raket hücumları təhlükəsi davam etdiyi bildirilib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti də Rusiyanın Ukraynanın Dnepropetrovsk bölgəsinə hücumları nəticəsində üç nəfərin yaralandığını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
53
turkustan.az

1Mənbələr