AZ

Uşaqlarına bu adları qoyanların NƏZƏRİNƏ! – Ekspertlər XƏBƏRDARLIQ EDİR

İnsanlara ad seçimi bəzən sadəcə etik və ya estetik qərar kimi görünə bilər. Lakin sosial elmlər göstərir ki, ad yalnız fərdi identifikasiya vasitəsi deyil, həm də şəxsiyyətin, sosial münasibətlərin və bəzən taleyin təsirinə açılan qapıdır. Bəzi adların mənası, fonetikası və sosial rezonansı insan həyatında gözlənilməz rol oynaya bilər.

Qeyd edək ki, Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən 217 ad açıqlanıb. Ansambl, Alak, Boran, Bədil, Bircan, Bəzək, Əbabil, Əyar, Əyyar, Əbi, Əda, Əcəb, Əbiş, Əhya və s. bu kimi adların qoyulması qanunla qadağandır.

Son günlər ən çox uşaqlara qoyulan adlardan biri Raul adıdır. Raul adı xarici mənşəlidir və mənası “canavar” deməkdir. Bu ad güclü, sərt və qorxuducu təsir yaradır. Həmçinin Cabir (Cabirə) adları da diqqət çəkir. Bu adların mənaları isə daha mənfidir: 1) əziyyət verən, zülmkar; 2) təsəlli verən; 3) məcburiyyət, zorakılıq.

Elçin Bayramlı

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sosiyoloq Elçin Bayramlı qeyd edib ki, adın fonetikası və mənası insanlara qarşı ilk təəssüratı yaradır:

“Məktəb çağında, iş yerində və sosial mühitdə bir adın tonu, mənası və tarixi konteksti insanların qəbulunu və davranışını müəyyən edə bilər. Ad həm prestij daşıya, həm də stereotiplər vasitəsilə maneələr yarada bilər. Adların insan həyatına təsiri iki əsas istiqamətdə nəzərdən keçirilir: psixoloji və sosial. Psixoloji baxımdan adın mənası və insanlar tərəfindən verilən şərh özünü dərk etməyə təsir edir. Sosial baxımdan isə ad insanın həyatında konkret reaksiyalar yaradır: iş müsahibəsində, məktəbdə və ya ictimai mühitdə adın səslənməsi qəbul və münasibətləri təsir edə bilər. Sosioloji tədqiqatlar göstərir ki, nadir, ağır və ya mənfi mənalı adlar daşıyıcılarına əlavə çətinliklər gətirə bilər, sosial qruplarda uyum və münasibət qurmaqda maneələr yarada bilər. Əksinə, universal və pozitiv rezonanslı adlar daha çox sosial inteqrasiya və rahatlıq təmin edir.”

Elçin Bayramlı əlavə edib ki, adların taleyə təsirini müzakirə edərkən mədəniyyət və kontekst də vacib rol oynayır:

“Məsələn, “Canavar” adı bir Türk mədəniyyətində gücü simvolizə edə bilər, lakin başqa bir kontekstdə qorxuducu və neqativ qəbul edilə bilər. Adlar yalnız şəxsi mənaya malik deyil, həm də toplumsal mədəniyyətin əksidir. Hər ad öz sosial-mədəni kontekstində qiymətləndirilir və buna görə də onun insan həyatına təsiri dəyişə bilər. Tarixi perspektiv də maraqlıdır: keçmişdə ad seçimi daha çox dini və mənəvi ölçülərlə bağlı idi. Bu gün valideynlər həm unikallıq, həm də estetik meyarlarla ad seçirlər, lakin bəzən psixoloji və sosial nəticələri nəzərə almırlar. Nəticədə ad insan həyatında həm vizual, həm də emosional ‘etiket’ rolunu oynayır.”

Ekspertin sözlərinə görə, son illərin sosial tədqiqatları göstərir ki, mənfi çağrışımlı adlara sahib uşaqların özünə inam səviyyəsi bəzən daha aşağı olur və bu onların sosial fəaliyyətinə təsir göstərə bilər:

“Eyni zamanda, pozitiv və asan tələffüz olunan adlar uşaqlara həm məktəbdə, həm də peşə həyatında daha çox uğur gətirə bilir.

Valideynlər ad seçərkən diqqətli olmalıdır. Ad yalnız kimlik etiketindən ibarət deyil; o, uşağın özünə inamı, sosial rolu və gələcək perspektivləri üzərində əhəmiyyətli təsir göstərə bilər. Doğru ad seçimi bəzən bir ömür boyu fərdi və sosial trayektoriyanı müəyyən edə bilər.”

Məsələnin psixoloji tərəfini saytımıza şərh edən psixoloq Nigar Məmmədova bildirib ki, uşaqlıq dövründə ad yalnız fərdi identifikasiya vasitəsi deyil, həm də psixoloji inkişaf üçün mühüm rol oynayan amildir:

“Mənfi çağrışımlı adlar, məsələn Cabir (əziyyət verən, zülmkar), uşağın özünü dəyərsiz, zəif və sosial mühitdə uyğunlaşmaqda çətinlik çəkən biri kimi qəbul etməsinə səbəb ola bilər. Uşaq daim adının mənfi mənasını eşidirsə, bu onun daxili motivasiyasını və özünə inamını zəiflədə bilər, sosial vəziyyətlərdə isə utancaqlıq, geri çəkilmə və özünü müdafiə davranışları meydana çıxa bilər.”

Məmmədova əlavə edib ki, adın fonetikası, ritmi və mənası da psixoloji təsir yaradır:

“Asan tələffüz olunan və pozitiv mənalı adlar uşaqlarda rahatlıq, açıq davranış və sosial aktivlik hissi yaradır. Bu uşaqlar daha çox qrup fəaliyyətlərində iştirak edir, məktəb mühitində özünü ifadə etməkdən çəkinmir və liderlik bacarıqlarını inkişaf etdirə bilir. Bəzən valideynlər ad seçərkən yalnız estetik və bəzəkli səslənməsinə diqqət yetirirlər, lakin psixoloji nəticələri nəzərə almırlar. Uşağın adı onun özünü qəbul etməsinə və sosial əlaqələrinə birbaşa təsir göstərir. Fikrimizi ümumiləşdirsək, ad bir növ psixoloji ‘etiket’ rolunu oynayır. O, uşağın daxili dünyasına, özünə inamına və gələcək davranışlarına təsir göstərən güclü bir faktordur. Doğru ad seçimi yalnız uşağın özünü dərk etməsini asanlaşdırmır, həm də onun sosial mühitdə uğur qazanmasına və fərdi inkişafına dəstək olur”.

Seçilən
88
nocomment.az

1Mənbələr