AZ

22 yaşlı futbolçu selfi çəkən zaman öldü

22 yaşlı fransız futbolçu Aleksis Verqos Taylandda faciəvi şəkildə ölüb.

Publika.az xəbər verir ki, bu barədə "Le parisien" məlumat yayıb. Məlumata görə, idmançı şəlalənin yaxınlığında selfi çəkdirməyə çalışarkən yıxılaraq ölüb.

Qeyd edilib ki, faciə 5 yanvarda baş verib.
"Futbolçu nişanlısı ilə Samui adasında şəlalənin yaxınlığında şəkil çəkdirməyə çalışarkən yıxılıb huşunu itirib. O, bir neçə metr hündürlükdən yıxılıb və başı qayaya dəyib. Verqosun cəsədi daşların arasında qalıb və xilasedicilər onu tez bir zamanda çıxara biliblər. Məhkəmə-tibbi ekspertizası onun başından aldığı xəsarətdən hadisə yerində öldüyünü müəyyən edib", - nəşr yazıb.

Seçilən
51
publika.az

1Mənbələr