I Liqada qış çempionu olan "Şəfa" bir neçə futbolçu ilə yollarını ayırmaq niyyətindədir. Sportal.az-ın əldə etdiyi məlumata görə, onların arasında Ədilxan Qarəhmədov da var.
Bir neçə il əvvəl "Səbail"dəki oyunuyla xoş təsir bağışlayan Qarəhmədov uğursuz dönəm yaşayır. "Şəfa"nın planlarına daxil olmayan yarımmüdafiəçi yeni variantları gözdən keçirir.
Qarəhmədovu heyətində görmək istəyən iki I Liqa klubu var. Biri MOİK, o birisi isə "Mingəçevir"di. Fərq ondadır ki, MOİK onu baxışa çağırır, "Mingəçevir" isə birbaşa müqaviləyə. Futbolçu son qərarını verməsə də, onun "Mingəçevir"lə anlaşacağı ehtimal olunur.
saytlarin hazirlanmasi