Kriştiano Ronaldonun yalnız yaşıl meydanda xarüqələr yaratmadığı çoxlarına məlumdu. Ulduz futbolçu çoxdan otel biznesi ilə də məşğul olur.
“Əl-Nəssr”in hücumçusu gələcəkdə futbol klubunun sahibi olmağı da planlaşdırır. “MatchDay Central” nəşrinin məlumatına görə, portuqaliyalı futbolçunun hədəfi sabiq komandası “Mançester Yunayted”di. Ronaldo yaxın dostuna ən böyük arzusunun bir gün İngiltərə klubunun sahibi olmaq olduğunu etiraf edib. Futbolçu gələcəkdə “Old Trafford”a idmançı yox, məhz klub sahibi kimi qayıtmağı planlaşdırır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta