AZ

“Bu gün ad günümdür, adi günümdür...”

Bu gün Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun doğum günüdür.

"Cebheinfo.az" xəbər verir ki, o, 71 yaşını qeyd edir. 

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Baba Vəziroğlu yazıb: “Bu gün ad günümdür, adi günümdür...”

Qeyd edək ki, Baba Vəzir oğlu Məsimov 1954-cü il yanvarın 10-da İsmayıllının Mollaisaqlı kəndində anadan olub. Şair 1989-cu ildə “Molla Nəsrəddin” jurnalının baş redaktoru vəzifəsində çalışıb. 1991-ci ildə isə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilib.

Ədəbi fəaliyyətə 1976-cı ildə “Ulduz” jurnalında çap etdirdiyi “Bir yaz axşamı”, “Maqazinçi Dadaş” hekayələri ilə başlayıb.

Baba Vəziroğlunun mindən artıq şeirinə mahnı bəstələnib. “Həsən Seyidbəyli”, “Yeri boş qalan adam” (Rəşid Behbudov), “Sənsiz və ya ömrün son axşamı” (Həsən Turabov), “Haradan başlanır Vətən”, “Elegiya” (Zərifə Əliyeva), “Beş nəğməlik ömür” (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir. 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Ailəlidir, iki qızı, bir oğlu var.

"Cebheinfo.az"

Seçilən
47
cebheinfo.az

1Mənbələr