“Məlumatlara görə, Türkiyənin Səudiyyə Ərəbistanı ilə Pakistan arasında qarşılıqlı müdafiə paktına qoşulmağa səy göstərir.
Əgər bu baş verərsə, regional güc balansını əhəmiyyətli dərəcədə dəyişdirəcək. Danışıqlar irəliləmə mərhələsindədir”.
“Cebheinfo.az” xəbər verir ki, “Bloomberg” agentliyi belə yazır.
“Türkiyənin qoşulacağı halda, üzvlərdən birinə qarşı hər hansı bir təcavüzün hamısına hücum hesab edilməsini nəzərdə tutan pakt, Yaxın Şərq və Cənubi Asiyanı əhatə edərək coğrafi və strateji əhəmiyyətini xeyli dərəcədə genişləndirəcək. Bu, İsrail üçün çox ciddi bir təhdiddir” - məlumatda belə qeyd edilir.
Analitiklər bildirirlər ki, belə bir ittifaq Pakistanın nüvə amilinə güvənən Səudiyyə Ərəbistanı üçün faydalıdır”.