AZ

İranda rejim dəyişikliyi Türkiyənin xeyrinə, yoxsa ziyanınadır?

İranda teoktatik rejimin devrilməsi reallaşarsa bu dəyişikliyin qonşu dövlətlərə necə təsir edəcəyi aktuallaşmaqda olan sualdır. Bu sırada regionda güc sahibi olan Türkiyənin adı ilk sıralarda gəlir. İranda rejim dəyişikliyi Türkiyəyə sərf edərmi?

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Türkiyə üçün İranda teokratik rejimin getməsi avtomatik olaraq nə tam sərfəlidir,  nə də tam zərərli. Bu, rejimdən sonra hakimiyyətə hansı qüvvənin  gələcəyindən birbaşa asılıdır. Ankara məsələyə ideoloji yox, pragmatik–strateji baxır:

“Türkiyə üçün İran məsələsində 4 əsas prioritet var: Sərhəd təhlükəsizliyi,Regional balans (Rusiya–ABŞ–İsrail faktorları), kürd məsələsi, ticarət və enerji maraqları. Teokratik rejimin getməsi Türkiyəyə o baxımdan sərfəli ola bilər ki, İran daha praqmatik və dünyaya açıq dövlətə çevrilə bilər.

Əgər rejim dəyişikliyi nəticəsində dünyəvi, Qərblə normallaşmaya meyilli, amma parçalanmayan İran meydana gətirərsə bu da Türkiyəyə bir qonşu kim sərf edir. Çünki bu variant Türkiyə üçün iqtisadi və diplomatik baxımdan faydalı ola bilər, İrana qarşı sanksiyalar aradan qalxar ki, bu ticarət dövriyyəsinin, iqtisadi əlaqələrin genişlənməsinə şərait yardar. Həmçinin Türkiyə–İran–Mərkəzi Asiya bağlantıları güclənər. Teokratik rejimin süqutu İranın ideoloji ixracını zəiflədə və Ankara üçün regional manevr imkanlarını artıra bilər”.

Politoloqun fikrincə, İranda rejim dəyişikliyi halında Türkiyəni ciddi narahat edən risklər də var:

“İranın parçalanması təhlükəsi meydana gələ bilər ki, əslində bu, Türkiyə üçün qorxulu ssenaridir. Rejim gedir, amma mərkəzi hakimiyyət çökürsə bu halda İran kürdləri  aktivləşə bilər, PKK-nın İran qolu PJAK güclənər,

ABŞ və İsrailin İran daxilində təsiri arta bilər.

Bu ssenari Türkiyənin milli təhlükəsizliyi üçün birbaşa təhdiddir. İranda hakimiyyətə ABŞ yönlü, İsrailə yaxın, NATO təsirinə açıq rejim gələrsə Türkiyə İran üzərindən geosiyasi sıxışdırma altına düşə bilər. Bu halda isə Türkiyənin “müstəqil regional güc” mövqeyi zəifləyər, Ankar-Tehran balansı Ankara əleyhinə dəyişə. Odur ki, hazırda Ankara nə rejimi açıq müdafiə edir, nə də onun devrilməsini istəyir.

Türkiyənin faktiki mövqeyi belədir:

“İran zəifləməsin, parçalanmasın, amma Türkiyəyə qarşı ideoloji və təhlükəsizlik təhdidi də yaratmasın. Rejimin qalması risklidir, xaotik rejim dəyişikliyi daha risklidir. Teokratik rejimin getməsi Türkiyəyə ancaq o halda sərfəlidir ki,

İran parçalanmasın, kürd separatizmi güclənməsin, İran ABŞ–İsrail hərbi-siyasi bazasına çevrilməsin”.

Seçilən
30
editor.az

1Mənbələr