ain.az bildirir, Qafqazinfo portalına istinadən.
Bu gün Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun doğum günüdür.
“Qafqazinfo” xəbər verir ki, o, 71 yaşını qeyd edir.
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Baba Vəziroğlu yazıb: “Bu gün ad günümdür, adi günümdür...”
Qeyd edək ki, Baba Vəzir oğlu Məsimov 1954-cü ildə İsmayıllının Mollaisaqlı kəndində anadan olub. Ədəbi fəaliyyətə 1976-cı ildə “Ulduz” jurnalında çap etdirdiyi “Bir yaz axşamı”, “Maqazinçi Dadaş” hekayələri ilə başlayıb.
B.Vəziroğlunun mindən artıq şeirinə mahnı bəstələnib. 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Ailəlidir, iki qızı, bir oğlu var.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.