AZ

“Çelsi” 20 yaşlı futbolçusunu satdı

BAKI, 10 yanvar. TELEQRAF

“Çelsi” 20 yaşlı futbolçusu Leo Kasldaynı “Midlsbro”ya satıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilis yarımmüdafiəçi yeni klubu ilə 4,5 illik müqavilə imzalayıb.

London təmsilçisi bu transferdən 1 milyon funt sterlinqə yaxın (təxminən 1,13 milyon avro) gəlir əldə edib. Müqaviləyə əsasən, Kasldayn gələcəkdə başqa kluba satılacağı halda, “Çelsi” məbləğin müəyyən faizini də alacaq.

Qeyd edək ki, Kasldayn mövsümün ilk hissəsini “Haddersfild”də keçirib və Üçüncü Liqada 23 oyunda 10 qol vurub.

Seçilən
70
1
teleqraf.com

3Mənbələr