AZ

Bakayoko Fransa klubuna qoşulmağa yaxındır

Fransalı yarımmüdafiəçi Tyemue Bakayoko karyerasını harada davam etdirəcəyi müəyyənləşmək üzrədir.

Fanat.Az-ın "L'Equipe" nəşrinə istinadən məlumatına görə, 31 yaşlı futbolçu ölkəsinin "Mets" klubu ilə danışıqlar aparır.

Ötən yay Yunanıstan PAOK-u ilə yollarını ayıran və hazırda azad agent statusu daşıyan Bakayoko Fransaya qayıtmaq istəyir.

Qeyd edək ki, Bakayoko karyerası ərzində "Milan", "Napoli", "Çelsi", "Loryan", "Renn" və "Monako" (hamısı Fransa) kimi klublarda çıxış edib. Təcrübəli oyunçu peşəkar səviyyədə keçirdiyi 341 rəsmi matçda 15 qol və 9 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Seçilən
16
1
fanat.az

2Mənbələr