Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
ABŞ Venesuela Prezidenti Nikolas Maduro kimi, Vladimir Putini də qaçırmağa ehtiyac duymur.
“AzPolitika” xəbər verir ki, bunu Donald Tramp “Fox News”-a açıqalmasında deyib.
Aparıcı Trampdan Rusiya Prezidentinə qarşı oxşar bir əmr verib-verməyəcəyini soruşub.
"Düşünmürəm ki, buna ehtiyac var", - deyə Amerika lideri cavab verib. O, yenə də Putinlə yaxşı münasibətlərinin olduğunu deyib, lakin ondan məyus olduğunu əlavə edib.
Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlara münasibət bildirən ABŞ Prezidenti deyib: "Nəticədə bunu həll edəcəyik. Bunu daha tez edə bilməməyimiz təəssüf doğurur".
Maraqlıdır ki, Tramp Putinin Maduro kimi oğurlanmasını birmənalı istisna etməyib, yaxud bunun mümkünsüz olduğunu söyləməyib, sadəcə, buna ehtiyac olmadığını deyib…
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.