AZ

“Real”ın əsas hücumçusu “Barselona” ilə sabahkı oyuna çıxmayacaq

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

“Real”ın hücumçusu Rodriqo Qoes İspaniya Superkubokunun finalında “Barselona”ya qarşı oyunda meydana çıxa bilməyə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçunun budun arxa əzələsində (hamstring) problem yaranıb və bu səbəbdən ağrılar hiss edir. Bu gün braziliyalı oyunçu tibbi müayinədən keçəcək.

Müayinənin nəticələrinə əsasən onun meydana çıxıb-çıxmayacağı dəqiqləşəcək.

İspaniya Superkubokunun həlledici final oyunu “Barselona” ilə “Real Madrid” arasında sabah, yəni yanvarın 11-də keçiriləcək.

Xatırladaq ki, turnirin yarımfinal mərhələsində “Real” Madrid derbisində “Atletico Madrid”i, “Barselona” isə “Atletik Bilbao”nu məğlub edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
lent.az

1Mənbələr