AZ

Mbappe “Barselona”ya qarşı oynaya biləcək?

“Real”ın baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Kilian Mbappenin İspaniya superkubokunun finalında “Barselona”ya qarşı oynamaq şanslarını qiymətləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun indi daha yaxşı vəziyyətdə olduğunu söyləyib:

“O, sabah (bu gün) komanda ilə birlikdə səyahət edəcək və oynamağa hazır olub-olmadığını görəcəyik.

Mbappe indi daha yaxşı vəziyyətdədir, məşq edir və özünü yaxşı hiss edir. Onun oynamaq şansı heyətdəki hər kəslə eynidir”.

Mbappe zədə səbəbindən İspaniya superkubokunun yarımfinalında “Atletiko”ya qarşı (2:1) oyunu buraxmalı olub. 27 yaşlı futbolçu 2024-cü ilin yayından “Real”da çıxış edir.

O, bu müddət ərzində Madrid klubunda 83 oyunda 73 qol vurub və 10 məhsuldar ötürmə edib. Fransalı forvardın klubla müqaviləsinin müddəti 2029-cu ilin iyun ayına qədərdir.

“Real” və “Barselona” arasında İspaniya superkubokunun final oyunu yanvarın 11-də keçiriləcək.

Seçilən
56
sportinfo.az

1Mənbələr