AZ

Suriya ordusunun uğurlu əməliyyatı: 90 faizi təmizlənib

Suriya Ordusu Hələbdəki Şeyx Maqsud rayonunun 90%-dən çoxunu terrorçu qruplaşmadan təmizləyib.

Publika.az xəbər verir ki, bu barədə “Sana” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Suriya dövlət mediasının məlumatına görə, terror qruplaşmasının mülki şəxslərdən canlı qalxan kimi istifadə etməsi və sakinlərin evlərində yerləşməsi səbəbindən təmizləmə əməliyyatları ciddi çətinliklərlə üzləşir.

Mənbə qeyd edib ki, ordu bölmələri ərazinin küçələrində onlarla minanı zərərsizləşdirib və təmizləmə əməliyyatları başa çatan kimi daxili təhlükəsizlik qüvvələrinin əraziyə daxil olmasını təmin etmək üçün tədbirlər görür.

Seçilən
19
publika.az

1Mənbələr