AZ

Buzlaqlar uğrunda savaş: Məqsəd nədir?

Qrenlandiya məsələsinin bu il də dünya gündəminin əsas mövzularından biri olacağı şəksizdir. ABŞ Prezidenti Donald Trampın ard-arda səslənən bəyanatları bu qənaəti gücləndirir. O, yeni ilin ilk günlərində növbəti dəfə bəyan edib ki, ABŞ-nin Qrenlandiyaya nəzarət etməsinə ehtiyac var.

Ardınca da adanın "Rusiya və Çin gəmiləri" ilə əhatə olunduğunu qeyd edib. Trampın bu bəyanatından sonra “Politico” nəşri öz mənbələrinə istinadən yazıb ki, ABŞ 2026-cı ilin əvvəlində Qrenlandiyaya nəzarəti ələ keçirə bilər. Bəziləri isə Vaşinqtonun qarşıdakı aylarda siyasi cəhətdən əlverişli bir məqamdan istifadə etməyə çalışacağını iddia edirlər. Bildirilib ki, bu, ABŞ-nin ara seçkiləri və 4 iyulda qeyd olunacaq müstəqilliyinin 250 illiyi ərəfəsində baş verə bilər. Bu istəyin Venesueladakı kimi hərbi əməliyyat deyil, genişmiqyaslı siyasi təsir kampaniyası ilə həll olunacağı iddia edilir. Ümumiyyətlə, ABŞ-nin Qrenlandiya ilə bağlı niyyətlərinin real və ciddi olduğu vurğulanır.

Özünüidarəetmə qorunur, müdafiə Vaşinqtona həvalə edilir

Seçilən
57
publika.az

1Mənbələr