AZ

İranın xarici işlər naziri ailəsini götürüb ölkədən qaçdı KİV

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın xarici işlər naziri Abbas Araqçinin ölkədə baş verən kütləvi etirazlar səbəbilə ailəsi ilə birlikdə Livana qaçdığı iddia edilir. 

Globalinfo.az xəbər verir ki, Araqçinin ölkədə polislə xalq arasında ciddi qarşıdurmaların yaşandığı bir zamanda – iki gün əvvəl Beyruta həyata keçirdiyi səfərin heç də diplomatik məqsəd daşımadığı deyilir.

Bəzi məşhur ərəb jurnalistlər və xarici mətbuat iddia edir ki, Araqçinin səfəri rəsmi protokoldan kənardır. XİN başçısı və ailəsi İranın Livandakı səfirinin ailəsi ilə birlikdə təcili şəkildə Beyruta gəliblər. Onların səfərindən 2 gün əvvəl 2 ayrı evin tez bir zamanda hazırlanması tapşırığı verilib. Beləliklə səfir və nazir ailələrini buraya yerləşdiriblər.

Araqçinin səfərinin qeyri-müəyyən müddətə olduğu, İrana dönüş zamanının bilinmədiyi qeyd olunur. Jurnalistlər Maria Malouf və Mahyar Tousi onun həyat yoldaşı və övladları ilə birlikdə İranı təcili tərk etdiyini yazırlar.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
globalinfo.az

1Mənbələr