AZ

WP: “ABŞ Vatikanın xahişini nəzərə almayıb”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən“The Washington Post (WP)” qəzeti beləməlumat yayıb.

“Dekabrın sonunda kardinal Amerikanın Vatikandakı səfiri Brayan Birçdən Vaşinqtonun Venesuela ilə bağlı planları barədə soruşaraq, ABŞ-nin respublikada hakimiyyət dəyişikliyinə cəhd edib-etməyəcəyini öyrənmək istəyib. Venesuelada qan tökülməsinin və sabitliyin pozulmasının qarşısını almağa çalışan Parolin günlərlə ABŞ-nin Dövlət katibi Marko Rubio ilə əlaqə saxlamağa cəhd göstərib”, - mənbələr nəşrə bildirblər.

Materialda qeyd olunur ki, kardinal ABŞ prezidenti Donald Tramp administrasiyasından Venesuela lideri Nikolas Maduronu respublikanı tərk etməyə çağırmağı və“onun bu təklifin qəbul etməsi üçün səbir göstərməyi” xahiş edib. Qəzetin ehtimalına görə, Parolin Maduronun Rusiyadan sığınacaq ala biləcəyini deyib.

Məqalədə Müqəddəs Taxt-Tacın Mətbuat İdarəsinin bu məsləhətləşmələrlə bağlı şərhi də yer alıb.

- Milad bayramı dövründə baş verən söhbətin məzmununu dəqiq əks etdirməyən məxfi söhbətlərin hissələrinin yayımlanması məyusluq doğurur”,- Vatikan vurğulayıb.

Nəşrin iddiasına görə, ABŞ, xüsusən də vasitəçilərlə Maduronun Venesuelanı tərk edərək Türkiyəyə getməsi imkanları barədə müzakirələr aparıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
20
1
azvision.az

2Mənbələr