AZ

Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraqpaytaxt Bakı şəhərində piyada yönümlü şəhər mühitininformalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təminedilməsi, ictimai məkanların daha əlçatan olması əsasprioritetlərdən biri kimi müəyyən olunub.

Lakin görülən işlərə baxmayaraq, bəzi hallarda ayrı-ayrı şəxslərtərəfindən piyada infrastrukturu ilə bağlı qanun pozuntularına yolverildiyi müşahidə olunur. Belə ki, piyada səkilərinin zəbtedilməsi və ya tamamilə ləğv olunması cəhdləri müşahidə edilir.Bununla əlaqədar Baki Şəhər İcra Hakimiyyəti tərəfindən mütamadiolaraq monitorinqlər keçirilir və belə halların qarşısı dərhalalınır.

Bu cür hallardan biri Bakı şəhərinin Nəsimi rayonu ərazisində,Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində qeydəalınıb. Sözügedən ərazidə inşa olunan yaşayış binasının ətrafındatikinti şirkəti tərəfindən piyada səkisinin qanunsuz şəkildələğvinə cəhd edilib və bu da piyadaların hərəkətində ciddiçətinliklər yaradıb. Digər belə hal isə Xəzər rayonu, Binə qəsəbəsiƏli İsazadə küçəsində qeydə alınıb. Belə ki burada piyada səkisiniləğv edərək parking ərazisinə giriş təşkil etməyə cəhdgöstərilmişdir.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativtədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyadasəkiləri bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bununla daərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.

Qeyd edək ki, son illər Bakıda piyadalaşma siyasəti geniş miqyasalıb. Şəhərin müxtəlif ərazilərində piyada zonalarının artırılması,səkilərin genişləndirilməsi və ictimai məkanların yenidən təşkiliistiqamətində işlər davam etdirilir. Baki Şəhər İcra Hakimiyyətitərəfindən gələcəkdə də monitoringlər keçirilərək bu kimi negativhallara qarşı tədbirlərin görüləcəyi bildirilir

Seçilən
58
2
az.trend.az

2Mənbələr