AZ

Mətbuat konfransında qalmaqal - Video

style='margin-bottom:10px;'>

Qazaxıstanın “Aktobe” klubunda gərgin anlar yaşanıb.

QOL.az sports.kz saytına istinadən xəbər verir ki, klubun yeni rəhbərliyinin keçirdiyi mətbuat konfransı azarkeşlər tərəfindən qəfil dayandırılıb. Sosial şəbəkədə paylaşılan videoda bir qrup fanatın iclas zalına daxil olaraq konfransı pozduğu görünür.

Azarkeşlər İdarə Heyətinin yeni sədri Arman Ospanovun əvvəllər sosial şəbəkələrdə “Aktobe” barədə yazdığı tənqidi və təhqiramiz fikirlərin çap olunmuş bannerlərini nümayiş etdiriblər. Məlumata görə, Ospanov daha əvvəl Almatının “Kayrat” klubunun fan hərəkatında yer alıb.

Hadisə zamanı Arman Ospanov masada əyləşərək fanatları sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, bugünlərdə “Aktobe” klubunun özəlləşdirildiyi rəsmi şəkildə açıqlanıb. Klubun yeni sahibi qazaxıstanlı biznesmen Nurlan Artykbayev, İdarə Heyətinin sədri isə Arman Ospanov təyin olunub.

Seçilən
70
1
teleqraf.com

2Mənbələr