Cənubi Afrika Respublikası, BRICS tərəfdaşları olan Çin, Rusiya və İranın donanmalarının iştirak etdiyi və regional dəniz təhlükəsizliyini gücləndirməyi hədəfləyən "Sülh naminə iradə" adlı birgə dəniz təliminə ev sahibliyi edir.
Turkustan.az xəbər verir ki, Keyptaun və Fals körfəzi sahillərində 16 yanvar tarixinə qədər davam edəcək təlimin bir hissəsi olaraq, iştirakçı ölkələrin hərbi gəmiləri Cənubi Afrikanın dəniz qərargahı olan Saymons Town Hərbi Dəniz Bazasında toplaşıb.
Cənubi Afrika Milli Müdafiə Qüvvələri (SANDF) təlimin məqsədinin "çoxmillətli mühitdə əməliyyat imkanlarını artırmaq, dəniz təhlükəsizliyini təmin etmək və iştirakçı ölkələr arasında hərbi əməkdaşlığı dərinləşdirmək" olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az