AZ

Erlinq Holan ilin ən yaxşı futbolçusu seçildi


“Mançester Siti”nin 25 yaşlı mərkəz hücumçusu Erlinq Holan Norveçdə 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Norveç Futbol Federasiyasının rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, o, ardıcıl dördüncü dəfə bu titula layiq görülüb.
Ondan əvvəl Norveçdə “İlin ən yaxşı futbolçusu” hazırda Londonun “Arsenal” klubunda oynayan hücumameyilli yarımmüdafiəçi Martin Edeqor (2019) olub.
Qeyd edək ki, 2025-ci ildə Holan klubunda bütün yarışlarda 49 oyun keçirib, 42 qol vurub və 8 məhsuldar ötürmə edib. Bundan əlavə, Holan 2025-ci ildə Norveç millisində oynadığı 10 oyunun hamısında qol vurub. O, bu oyunlarda 17 qol və 2 məhsuldar ötürmə edib.
Seçilən
34
yeniavaz.com

1Mənbələr