AZ

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə - Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağır.

Qurumdan  bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 5, Şahbuzda 2, Ordubad, Balakən, Zaqatala, Quba, Göyçay, Şəkidə 1 mm-dir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Qusar, Qubada 20, Mingəçevir, Naftalanda 18, Yardımlıda 16, Tovuz, Ağstafa, Astarada 15 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Culfa, Gəncə, Quba, Qusar, Göyçay, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-də 6, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
21
50
azerbaijan-news.az

10Mənbələr