ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ və Avropa milli təhlükəsizlikləri naminə Qrenlandiyanı "müdafiə etməlidirlər" və əlavə edib ki, "Çin və ya Rusiyanın Qrenlandiyanı işğal etməsinə icazə verə bilmərik".
Turkustan.az xəbər verir ki, Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə görüşdüyü mətbuat konfransından sonra ABŞ Prezidenti Tramp jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırdı.
Tramp Qrenlandiya ilə bağlı mövqeyinin dəyişməz qaldığını və ona "sahib çıxmaq" istədiyini təkrarlayaraq, bu məsələdə Avropa ölkələrinə "yaxşılıq etdiyini" iddia etdi.
"Biz Rusiya və ya Çinin Qrenlandiyaya getməsini istəmirik. Əgər Qrenlandiyanı götürməsək, Rusiya və ya Çin sizin qonşunuz olacaq. Bu, baş verməyəcək", - deyə Tramp bildirib və əlavə edib ki, onlar bu məsələdə qətiyyətlidirlər.
Aytən Yaşar/ Turkustan.az