AZ

"Onlarla oyundan sonra Qurbanov bizə çıxışımızdan utandığını dedi" - Yankoviç sirri açdı

“Qarabağ”ın 30 yaşlı monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviçin “Mozzart Sport”a verdiyi geniş müsahibənin ardı...

3-cü hissə

- Çempionlar Liqasında iki oyununuz qalıb. Yeddi xalınız var və 7-citurda "Ayntraxt"la qarşılaşacaqsınız, son turda isə "Liverpul"la qarşılaşmaq üçün "Enfild"ə gedəcəksiz.
- 10 xalla irəliləməyə ümid edirik. "Ayaks"a qarşı bunun baş verəcəyinə inanırdıq. Məqsədimizə çatmaq üzrəydik, amma bu futboldu. Beş, altı, yeddi dəqiqə sonra hər şey dəyişir. Bir şansı əldən verdik və indi "Ayntraxt"a qarşı daha bir şansımız var. Evdə oynayırıq, amma yenə də çox güclü komandaya qarşı. İndiyəqədərki nəticələrimizi nəzərə alsaq, daha iddialı bir şeyə nail ola biləcəyimizə ümid edirik. Və sonra turnir cədvəlindəki mövqeyimizə baxacağıq. Xüsusilə də "Liverpul"a qarşı əvvəlcədən bir şey demək axmaqlıq olardı. Amma hər oyunda əlimizdən gələni edirik.

- Və böyük komandalara qarşı etdiyiniz kimi, hətta "Liverpul"a qarşı da hücum etməyə məcbursuz, çünki bu sizin tərzinizdi.
- Bu komandada oynamağın gözəlliyi də budu. Oyunçular xoşbəxt və məmnundu. Bəzən səhvlərimiz üzündən uduzuruq. İrəli çıxırıq və sonra hücum etməyə davam edirik. Kimsə bizi dayandırmağa çalışır. "Ayaks"a qarşı öndə idik. Bu üç xal həlledici ola bilərdi. Matçdan sonra Qurbanov səhvlərimizi təhlil edəcəyimizi dedi, amma cəsarətlə oynamağınızı bəyəndi. Böyük klublara qarşı oynayırıq, amma pley-off mərhələsinə çıxmağı hədəfləyirik.

- Ötən mövsümün Avropa Liqasının 1/32 final mərhələsində "Bayer-04"ə qarşı keçirilən iki oyun son illərdə Avropa futbolunda ən gərgin oyunlardan biri idi. Bakıda 2:0 hesabı ilə öndəydiz, amma sonda 2:2 oldu. Almaniyadakı cavab oyununda da 2:0 hesabı ilə öndə idiz, amma əlavə vaxtda iki qol buraxaraq 2:3 məğlub olduz.
- Bu gün də bunu düşünəndə gülümsəyirəm, çünki həmin matçlar inanılmaz təcrübə idi. Bəs sonra? 20 gün məni oyaq saxlayan faciə. Bu qədər səy göstərib, bu qədər enerji sərf edib son anda uduzmaq... Əhval-ruhiyyə və motivasiya baxımından ən aşağı nöqtəyə düşdük. İki-üç gündən sonra irəli getməli, unutmağa çalışmalı və oynamalısan. Dominantlıq edən, güclə qol buraxan, heç kimin məğlub edə bilmədiyi bir komandaya qarşı belə mübarizə aparmaq... Üstəlik 60-cı dəqiqədə azlıqda qaldıq, amma on nəfərlə oynayarkən qol vurduq. Belə mübarizə aparmaq və məğlub olmaq... Biz çox yaxın idik. Amma hər il bir addım irəli atırıq.

- "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləniz var. Gələcəyinizi necə görürsüz?
- "Qarabağ" karyeramın çox hissəsini keçirdiyim klubdu. Xüsusilə Çempionlar Liqasında inanılmaz nəticələr əldə etdik. Mənzərəni dəyişmək üçün yaxşı fürsət yaranarsa, klubun bunu başa düşməsini istərdim. Bu qədər böyük nəticələr əldə etdikdə yüksək motivasiyanı qorumaq asan deyil. Klubu əla üslubda, çətin vəziyyətdə deyil, qalib kimi tərk etmək istəyirəm. Klubdakı hər kəsə və azarkeşlərə hörmətimdən irəli gələrək, böyük töhfələrimə, oynadığım oyunlara, birlikdə yaratdığımız uğurlara və yazdığımız tarixə görə xatırlanmaq istəyirəm.

- Keçmiş məşqçiniz Saşa İliç bu mövsüm Ninkoviçlə Aleksa Yankoviçin də qoşulduğu "Sumqayıt"ı çalışdırır. Deyəsən, o da əla iş görür. İlk baxışdan bu, sizə necə təsir edir?
- O, komandasında gözlənilməz dərəcədə möhtəşəm nəticələr əldə edir. “Sumqayıt” oyundan-oyuna inkişaf edir. Onlarla oyundan sonra Qurbanov bizə çıxışımızdan utandığını dedi. Axı komanda on nəfərlə üstünlük təşkil etdi və hətta penalti də vura bilmədi. Görünən təkcə nəticələr deyil.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
22
football-plus.az

1Mənbələr