Vinisiusun “Real Madrid”dəki vəziyyəti qeyri-müəyyən olaraq qalır.
Publika.az xəbər verir ki, ESPN-in müxtəlif mənbələrə istinadən verdiyi məlumata görə, klub cinah yarımmüdafiəçisinin müqaviləsini uzatmasını istəyir və bu seçim oyunçunun üstünlük verdiyi seçim olaraq qalır, amma eyni zamanda onun komandadakı gələcəyi ilə bağlı bir çox şübhələr var.
Mənbələrdən biri bütün tərəfləri qane edən təklif alınacağı təqdirdə, yayda braziliyalı oyunçunun satılması ehtimalını istisna etmir.
Braziliyalı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Lakin onun müddətinin uzadılması ilə bağlı danışıqlar dalana dirənib.