AZ

Hakan Fidan Tehrana məsləhət verib

AzVision.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan “TRT Haber” telekanalının efirində belə deyib.

Türkiyə XİN-in rəhbəri ABŞ və İran arasında aparılan nüvə danışıqlarına, eləcə də Tehrana qarşı tətbiq edilən sanksiyalara toxunaraq bildirib ki, hər iki tərəf üçün faydalı olan razılığın əldə edilməsi vəziyyətin normallaşmasına töhfə verə bilər.

İrandakı etirazlarla bağlı Hakan Fidan “nümayişçilərlə konsensusun əldə edilməsinin” zəruri olduğunu deyib.

O, həmçinin bildirib ki, “Yəm ən, Somali, Sudan və Suriyada baş verən hadisələr fonunda İslam dünyası oyanıb və hər kəs birliyə ehtiyac olduğunu anlayıb”.

- Yaxın Şərq ölkələri müstəqil qərarlar qəbul etmək iqtidarındadır. İslam ölkələri arasında ortaq fikirlər yaranıb. Bu ölkələrdə vəziyyəti gərginləşdirən elementlər vahid mərkəzdən idarə olunur”, - Türkiyə XİN-in rəhbəri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
14
1
azvision.az

2Mənbələr