AZ

“Qalatasaray” “Fənərbağça” ilə qarşılaşacaq

Bu gün futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, həlledici görüşdə əzəli rəqiblər - "Qalatasaray" və "Fənərbağça" qarşılaşacaq.

Atatürk Olimpiya Stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 19:45-də başlayacaq. Qarşılaşmanı Halil Umut Mələr idarə edəcək.

Qeyd edək ki, yarımfinalda "Qalatasaray" "Trabzonspor"u, "Fənərbağça" isə "Samsunspor"u mübarizədən kənarlaşdırıb.

Seçilən
54
7
xezerxeber.az

10Mənbələr