Antuan Semenyonun “Mançester Siti”yə gözlənilən keçidi rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə nəhəngi “Bornmut”un vingerinin transferini rəsmən açıqlayıb. Tərəflər arasında 5,5 illik müqavilə imzalanıb. Yerli mənbələrə görə, transferin dəyəri 75 milyon avro (65 milyon funt sterlinq) təşkil edib.
İddia olunur ki, Qana yığmasının üzvü olan Semenyo “Çelsi”, “Tottenhem”, “Liverpul” və “Mançester Yunayted”dən gələn təklifləri geri çevirərək məhz MS-ni seçib. Transferin baş tutmasında futbolçunun Xosep Qvardiolanın rəhbərliyi altında oynamaq istəyi həlledici rol oynayıb.
25 yaşlı Antuan cari mövsümdə premyer-liqada 20 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta