Xəbər verdiyimiz kimi İranda vəziyyət xeyli gərginləşib. Kütləvi etirazların genişlənməsi fonunda ölkəni xaos bürüyür.
Gecə etirazların əsas mərkəzlərindən birinə çevrilən Kərəc şəhərində meriya binası yandırılıb.
Publika.az xəbər verir ki, bu gün isə etirazçılar Şimali Xorasan əyalətinin prokurorunu və bir neçə təhlükəsizlik işçisini diri-diri yandırıblar. Xəbəri yerli xəbər agentliyi olan "Iranwire" yayıb.