Azərbaycan Basketbol Liqasında (ABL) XII turun matçları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Sabah" bu gün ilin ilk oyununa çıxacaq.
"Bayquşlar" NTD ilə üz-üzə gələcək. Görüş saat 14:00-da başlayacaq.
Günün digər qarşılaşmasında "Neftçi" və "Şəki" münasibətlərinə aydınlıq gətirəcək. Bu oyun saat 17:00-da start götürəcək.
Hər iki görüş "Sərhədçi" İdman Mərkəzində oynanılacaq.
Qeyd edək ki, bu komandalar A qrupunda mübarizə aparır. "Sabah" 19 xalla qrupda 2-ci, "Neftçi" 14 xalla 4-cü, ""Şəki" 13 xalla 5-ci, NTD isə 11 xalla sonuncu - altıncı yerdədir.