AZ

Rusiyanın Oreşnik lə hücum etməsinin əsl səbəbi budur

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın “Oreşnik” adlı hipersəs raketini Ukrayna ərazisinə buraxmasının əsas məqsədi hərbi effekt əldə etmək yox, ABŞ və Avropaya müəyyən bir mesaj göndərməkdir.

Axar.az xəbər verir ki, bu barədə Avstriyanın İnsbruk Universitetinin Rusiya üzrə eksperti Gerhard Manqott bildirib.

Onun sözlərinə görə, Moskva son həftələrdə ABŞ, Ukrayna və avropalılar arasında aparılan diplomatik danışıqlardan faktiki olaraq kənarda saxlanılmasından narazıdır və Avropa qoşunlarının Ukraynada mümkün yerləşdirilməsindən xüsusilə qəzəblənib.

Manqott vurğulayıb ki, “Oreşnik”in tətbiqi məhz bu kontekstdə qiymətləndirilməlidir.

Qeyd edək ki, yanvarın 8-dən 9-na keçən gecə Rusiya ordusu Ukraynanın Lvov şəhərinə ballistik raketlərlə zərbələr endirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
axar.az

1Mənbələr