Səudiyyə Ərəbistanı Pro Liqasının 14-cü turu çərçivəsində “Əl-İttihad” səfərdə “Əl-Xolud”u böyük hesabla məğlub edib.
Publika.az xəbər verir ki Qonaqların heyətində fransalı ulduz Kərim Benzema cəmi 23 dəqiqə ərzində het-trikə imza atıb. O, 13-cü, 28-ci və 35-ci dəqiqələrdə fərqlənib.
“Əl-İttihad”ın digər qolunu isə 84-cü dəqiqədə Saleh Əl-Şehri vurub. Qarşılaşma Loran Blanın rəhbərlik etdiyi komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.