AZ

ABŞ Senatı Trampın istəyinə qarşı çıxır

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

ABŞ Senatı, Konqresin razılığı olmadan və heç bir müzakirələr aparılmadan prezident Donald Trampın Venesuela dövlətinə qarşı növbəti dəfə hərbi əməliyyatlar aparmasını məhdudlaşdıracaq qətnamənin müzakirəyə çıxarılmasını təsdiqləyib.

Reyting.az xəbər verir ki, bu sənədi demokratlar və beş respublikaçı dəstəkləyib. Qətnamə 52 səs lehinə, 47 səs əleyhinə qəbul edilməklə, artıq gələn həftə keçiriləcək yekun səsverməyə yol açıb.

Sənədin qüvvəyə minməsi ehtimalının çox az olduğu, hətta qəbul olunsa belə, yenə də ABŞ prezidenti Trampın imzasının tələb olunacağı gözlənilir. Üstəlik, əsas səbəb kimi hazırda Nümayəndələr Palatasına respublikaçıların nəzarət etdiyi vurğulanır.

Bir çox siyasətçinin fikrincə, bu səsvermə özlüyündə çox böyük mesaj olacaq, həmçinin prezidentin xaricdə hərbi səlahiyyətlərinin genişləndirilməsinə qarşı siyasi etiraz kimi qiymətləndiriləcək.

Respublikaçı senator Coş Houli deyib ki, Venesuelaya qoşun yeridilməsi kimi qərarlar ancaq ABŞ Konqresinin iştirakı ilə verilməlidir. Lakin demokratlar həmişəki kimi yenə sərt mövqe nümayiş etdiriblər və təklif ediblər ki, Konqres yenidən öz hərbi səlahiyyətlərini ön plana çıxarmaqla, nəyə qadir olduğunu təsdiq etsin.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
reyting.az

1Mənbələr