Bakı. Trend:
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerintəkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıldaşınmasının aşkarlanması və qarşısının alınması istiqamətindətədbirlər keçirilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıldaşınmasını və satışını həyata keçirən 3 nəfər müəyyən olunub.Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati XətalarMəcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyətidövlət qurumuna göndərilib.